Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Ucarda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb

0

  •        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov avqust ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, avqust ayının 25-də Ucar rayonunda məcburi köçkünlər üçün salınmış 250 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, rayon icra hakimiyyəti başçısının Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev iştirak ediblər.       Görüş zamanı müraciətlər arasında iş ilə təminat və sosial yardım alınmasına köməklik kimi məsələlər üstünlük təşkil edib. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Şahmar Usubov Ucarda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb

    Maraqlı gələ bilər
    0
    25
    51
    66